Bistro

Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır.


Developed by StudentB